PolyFlex yerli istehsal gücünə və yüksək keyfiyyət standartlarına əsaslanan Azərbaycan brendidir. PVC divar panelləri ilə interyer dizaynında həm estetik, həm də funksional həllər təqdim edir. Müxtəlif tekstura və rəng seçimi sayəsində PolyFlex panelləri hər zövqə və məkan dizaynına uyğunlaşır.
PolyFlex olaraq qürurla bildiririk ki, biz təkcə Azərbaycanda deyil, bütün regionda müasir divar və dekorativ panellərin istehsalını həyata keçirən yeganə yerli istehsalçıyıq. Zavodumuz Çin şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində qurulmuşdur. İstehsal prosesində Çindən gəlmiş mühəndislər və mütəxəssislər birbaşa iştirak edir. Avadanlıqlar ən son texnologiyaya əsaslanır, xammal isə birbaşa Çindən idxal olunur. Bu isə bizə beynəlxalq keyfiyyəti yerli istehsalla birləşdirməyə imkan verir.
Məhsullarımızın əsas üstünlükləri:
- Yanğına davamlıdır
- Suya və nəmişliyə davamlıdır
- Sürətli və asan montaj olunur
- Şpaklevka, astar və əlavə üzlük tələb etmir
- Səs izolyasiyası təmin edir
- Termoizolyasiya xüsusiyyətinə malikdir (isti və soyuğu saxlayır)
- Yüngül və uzunömürlüdür
PolyFlex panelləri yaşayış kompleksləri, otellər, restoranlar, ofislər və iri kommersiya layihələri üçün müasir, sürətli və iqtisadi həll təklif edir.
Biz bazara sadəcə məhsul yox, texnologiya, keyfiyyət və sabit təchizat sistemi təqdim edirik.



